8 noyabr 2012 23:55
Böyükağa Hacıyev: Əsas günahkar mənəm
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiyanın “Rubin” klubuna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları qarşılaşma ilə bağlı bunları dilə gətirib:
- “Rubin”in avrokuboklar təcrübəsi daha böyükdü. Onlar bizi bütün parametrlərdə üstələyirlər. Bu, həmin “Rubin”di ki, bir müddət öncə “Anji”ni məğlub etdi. Hansı ki, heyətindəki Eto`O ilə bağlanan müqavilənin dəyəri bütün Azərbaycan futbolunu üstələyir.
- Son dəqiqələrdə Mahir Şükürovu Elvin Yunuszadə ilə əvəzləməyinizin səbəbi nə idi?
- Mahir zədəli idi. Bu üzdən onu dəyişmək lazım gəldi. Əgər məndə daha bir hücumçu olsaydı, Mahirin əvəzinə onu buraxardım.

- Sizə elə gəlmir ki, komanda Flavinyoya görə uduzdu?
- Flavinyo kimi futbolçular hər bir komandaya lazımdı. O, bu gün də ən yaxşılardan biri idi. Əgər siz hansısa klubun onu heyətinə qatmaq istədiyini eşitsəz, təəccüblənməyin.

- Deyirsiz ki, hücumçu olsaydı, Mahiri onunla əvəzlərdim. Amma qrup mərhələsinin startı zamanı deyirdiniz ki, bizə yeni futbolçu lazım deyil...
- Unutmayın ki, bizim heyətimizdə Bahodir Nasimov, Cavid İmamverdiyev kimi zədəlilərimiz də var. Kanales irəlidə tək qalmışdı. “Rubin” kimi komandaya qarşı tək hücumçu ilə mübarizə aparmaq çətindi. Əgər biz yenidən “Neftçi”ni Avropa Liqasında görmək istəyiriksə, onda dekabrda komandaya yeni oyunçular cəlb etməliyik. Mən heyəti tez-tez dəyişməyi sevmirəm. Çünki hər yeni futbolçunun uyğunlaşması üçün vaxt lazım gəlir.
- Sizə elə gəlmir ki, Rəşad Sadiqov Avroliqada özünü göstərə bilmir?
- Rəşad hazırda pik formada deyil. Demək olar ki, o, hələ bu komandaya tam uyğunlaşmayıb. Mən də razıyamki, Rəşad heç də ən yaxşı oyununu sərgiləmir. Amma o, Azərbaycanın ən yaxşı futbolçularındandı. Bu məğlubiyyətə görə də təkcə Rəşadı günahlandırmaq fikrim yoxdu. Bütün futbolçular öz səviyyələrinə uyğun oyun sərgiləyə bilmədilər.

- “Rubin” heç də var gücü ilə mübarizə aparmadı...
- Bu gün bizim bəxtimiz gətirmədi. Əgər Flavinyo üçüncü dəqiqədəki epizodu qola çevirsəydi, hər şey başqa cür olacaqdı. “Rubin” də güclü oyun sərgilədi. “Rubin”in tam gücü ilə oynamadığını da Kurban Berdıyev yox, köməkçisi dilə gətirib. Köməkçilərsə hərdən səhv edə bilirlər.
- Berdıyevlə görüşdünüz?
- Bir-iki kəlmə danışdıq. O, Qazaxıstana, həyat yoldaşının yubileyinə tələsirdi.

- Gənc futbolçuların oyununu necə dəyərləndirərdiniz?
- Elvin Yunuszadə, Emin Mehdiyev, Araz Abdullayev bizim gələcəyimizdi. Mən onlara bundan sonra da şans verəcəm. Təəssüf ki, əlimin altında az oyunçu var.

- Sadiqovu necə yaxşı oyunçu hesab edirsiz ki, o, belə bir oyunda heç nə ilə yadda qalmadı?
- Yığmaya çağırılan futbolçu haqda pis söz danışmaq olmaz. Bunun özü onun yaxşı futbolçu olmasından xəbər verir. Əgər o, pis oynayacaqsa, ilk tənqid edən mən olacağam. Mən futbolçularıma inanıram. Xüsusilə də gənclərə. Elşən Abdullayevi xüsusi qeyd etmək istərdim. O, Azərbaycan futbolunda gələcəyin Xavisi, İnyestası olacaq.

- Uğursuzluqlarda özünüzü nə dərəcədə günahkar sayırsız?
- Ən böyük günah mənimdi. Hamı deyirdi ki, Bahodir, Rodriqinyo qayıdacaq. Amma onların yoxluğu azmış kimi, Cavid də sıradan çıxdı. “Hapoel”lə oyundan sonra bəzi futbolçuların komandadan kənarlaşdırılması da sözünü dedi. Amma buna görə baş məşqçi dəyişikliyinə ehtiyac yoxdu. Siz, “Neftçi”nin sərgilədiyi kimi futbolu harda görmüsüz?