9 noyabr 2012 11:54
Sezar Navas: Neftçi yaxşı oyun keçirdi
Rusiyanın “Rubin” klubunun futbolçusu Sezar Navas UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, Bakıda 1:0 hesabıyla qələbə qazandıqları qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Biz heç də bütün istədiklərimizi edə bilmədik. Rəqib isə yaxşı oyun keçirdi. Lakin istənilən halda matçın ilk yarısı bizim aktivimizə yazılmalıdı. İkinci hissədə isə rəqib topa nəzarəti ələ keçirdi. Böyük qüvvə ilə irəli atıldılar, bir neçə təhlükəli qol vəziyyəti yaratdılar. Əsas odu ki, biz lazım olan üç xalı qazandıq. Bu qələbə bizi növbəti mərhələyə bir qədər də yaxınlaşdırdı”.
