9 noyabr 2012 00:04
İqor Mitreski: Məğlubiyyətə layiq deyildik
“Neftçi”nin futbolçusu İqor Mitreski UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiyanın “Rubin” klubuna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Biz məğlubiyyətə layiq deyildik. Bu oyunda xal qazanmağa borclu idik. “Neftçi” bu gün heç nədən qorxmadı, yaxşı oyun sərgilədi. Təəssüf ki, heç-heçəyə də nail ola bilmədik, qol vurmağı bacarmadıq”.
