9 noyabr 2012 00:55
Roman Yeryomenko: Neftçi mənim xoşuma gəldi
Rusiyanın “Rubin” klubunun futbolçusu Roman Yeryomenko UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, Bakıda 1:0 hesabıyla qələbə qazandıqları qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Neftçi” mənim xoşuma gəldi. Komandanız mübarizə aparırdı, çalışırdı ki, bizə qol vursun. Lakin biz onların qapımız qarşısında təhlükə yaratmasına imkan vermirdik”.
