9 noyabr 2012 12:27
Kristian Ansaldi: Biz hesabı qorumaq üçün xeyli güc itirdik
Rusiyanın “Rubin” klubunun futbolçusu Kristian Ansaldi UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, Bakıda 1:0 hesabıyla qələbə qazandıqları qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Neftçi” bir müddət öncə Kazanda keçirilən oyunda bizə xeyli problem yaratmışdı. Buna görə də biz Bakıdakı qarşılaşmada rəqibin fəal oynayacağına hazır idik. Oyunun sonları xüsusilə çətin alındı. Çünki rəqib böyük qüvvə ilə irəli atılmışdı və “Rubin” hesabı qorumaq üçün xeyli güc itirdi”.
