9 noyabr 2012 00:38

Mahir Şükürov: Bunun üçün Neftçinin də büdcəsi Rubininki qədər olmalıdı

“Neftçi”nin futbolçusu Mahir Şükürov UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiyanın “Rubin” klubuna qarşı keçirdikləri oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Oyun barədə nə deyə bilərsiz?
- Bilirdik ki, güclü rəqiblə oynayırıq. Məğlub olsaq da, bizim də qol vurmaq şanslarımız oldu. Məsələn, Flavinyo ilk dəqiqələrdə əla epizodu dəyərləndirə bilmədi. Əgər o, həmin epizodda qol vursaydı, hər şey fərqli ola bilərdi. Futbolda bəxt amili vacibdi. Bu gün uğur bizim tərəfimizdə deyildi. Məğlubiyyətimiz də bundan qaynaqlanır.
 
- Daha uğurlu çıxış etməyinizə nə mane oldu?
- Erkən qol vursaydıq, oyunun gedişində əks-hücum imkanlarımız çox olacaqdı. Ən azından heç-heçə edə bilərdik. Özü də məncə, qarşılaşmanın ən ədalətli nəticəsi məhz heç-heçə idi.
 
- Sizcə, “Neftçi”nin Kazan klubunun səviyyəsinə çatması üçün neçə il lazımdı?
- “Neftçi”nin də büdcəsi onlarınkı qədər olmalıdı ki, belə səviyyəli legioner ala bilsin. Məsələn, Gökdeniz Karadenizi götürək. O, ayına 300 min dollar alır. Səviyyə baxımından “Rubin” “Neftçi”ni çox qabaqlayır. Amma bütün bunlara baxmayaraq, biz rəqibə layiqli müqavimət göstərdik. Klub rəhbərliyinin komandanı qışda gücləndirmək planı var. Əgər biz bu mövsüm də çempion olsaq, növbəti ildə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilərik.

- Komandanı bundan sonra nə gözləyir?
- Biz qrupdan çıxmaq şansımızı itirdik. Bundan sonra Premyer Liqadakı oyunlarımıza köklənəcəyik. Təxirə salınmış oyunlarda xal qazanmağa çalışacağıq.
 
- Bəs Serbiya “Partizan”ı və İtaliya “İnter”i ilə görüşlər?
- Onlara da hazırlaşacağıq. Ən azı serblərdən xal almağa çalışacağıq.
 
- Zədəniz nə dərəcədə ciddidi?
- Sabah tibbi müayinədən keçəcəm. Ayağım çox bərk ağrıyır. Amma ümid edirəm ki, ciddi bir şey olmaz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.