10 noyabr 2012 00:10
Azərbaycan yığmasında və Neftçidə Mahir Şükürov şoku
Futbol üzrə Azərbaycan çempionu “Neftçi”nin müdafiəçisi Mahir Şükürov milli komandamızın heyətindən çıxarılıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, Şükürov zədəli olduğu üçün yığmadan kənarlaşdırılıb.
Xatırladaq ki, millimiz DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində noyabrın 14-də, Belfast şəhərində Şimali İrlandiya yığması ilə qarşılaşacaq. Şükürov isə noyabrın 8-də keçirilən Rusiya “Rubin”i ilə görüşdə zədələnmiş və oyunu başa vura bilməmişdi. Ötən gün baş tutan tibbi müayinədən sonra futbolçunun bir müddət yaşıl meydanlardan kənar qalacağı müəyyənləşib.
