10 noyabr 2012 01:04
Millimizin üzvü ehtiyatda qaldı, komandası uduzdu
Türkiyənin “Eskişehirspor” klubu Super Liqada növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Əskişəhər təmsilçisi 11-ci tur çərçivəsində səfərdə “Sivasspor” ilə qarşılaşıb.
Görüş 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Beləcə, əskişəhərlilər növbəti məğlubiyyət acısını dadıblar.
“Eskişehirspor”da forma geyən Azərbaycan yığmasının üzvü Ufuk Budaq bu dəfə də oynamayıb. Amma əvvəlki görüşlərdən fərqli olaraq, baş məşqçi Ersun Yanal ona ilk “18-lik”də yer verib. Ufuk sona qədər qarşılaşmanı ehtiyatda izləməli olub.
“Eskişehirspor” hazırda 17 xalla 3-cü yerdə gedir.
