10 noyabr 2012 13:15
Millimiz artıq Belfastdadı
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində noyabrın 14-də keçiriləcək Şimali İrlandiya ilə oyuna hazırlıq məqsədilə Azərbaycan milli komandasının noyabrın 6-dan 9-na qədər Bakıda baş tutan təlim-məşq toplanışı başa çatıb. Azerisport.az xəbər verir ki, bu gün komandamız artıq Belfasta yola düşüb.
Bu üzdən də komandamız noyabrın 14-dək hazırlıqlarını Belfast şəhərində davam etdirəcək.
Berti Foqtslu yığmamız səfərə tam heyətlə yollana bilməyib. Belə ki, Əli Gökdəmir və Cihan Özkara noyabrın 12-də millinin heyətinə qoşulacaqlar.
Berti Foqtslu yığmamız səfərə tam heyətlə yollana bilməyib. Belə ki, Əli Gökdəmir və Cihan Özkara noyabrın 12-də millinin heyətinə qoşulacaqlar.
Qapıçılar: Anar Nəzirov (Qəbələ), Səlahət Ağayev (Sumqayıt), Andrey Popoviç (Turan);
Müdafiəçilər: Vladimir Levin (İnter), Bədavi Hüseynov, Maksim Medvedev, Hacı Əhmədov (hamısı “Qarabağ”), Əli Gökdemir (Hannover, Almaniya), Aqil Nəbiyev (AZAL), Ruslan Abışov (Xəzər Lənkəran), Elhad Nəziri (Milsami, Moldova), Murad Ağayev (Sumqayıt), Rasim Ramaldanov (Simurq);
Yarımmüdafiəçilər: Aleksandr Çertoqanov (Qəbələ), Rəşad Sadiqov (Neftçi), Rahid Əmirquliyev (Xəzər Lənkəran), Cavid Hüseynov (Adana Demirspor, Türkiyə), Elvin Məmmədov (Bakı), Uğur Pamuk (Sumqayıt);
Hücumçular: Branimir Subaşiç (Xəzər Lənkəran), Vüqar Nadirov, Vaqif Cavadov, Rauf Əliyev (hamısı “Qarabağ”), Cihan Özkara (Erciyesspor, Türkiyə).
