10 noyabr 2012 13:27

“İlk qələbəmizi də Partizan ilə oyunda qazanacağıq”

Azərbaycan çempionu “Neftçi”nin müdafiəçisi İqor Mitreski UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiyanın “Rubin” klubuna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində, o, 0:1 hesabıyla uduzduqları qarşılaşma ilə bağlı öncə bunları dilə gətirib:
 
“Rubin”i qələbə münasibətilə təbrik edirəm. Məğlub olmağımıza baxmayaraq, biz heç də pis oynamadıq. Hamımız asan olmayacağını başa düşürdük. Çünki özümüzdən güclü rəqibə qarşı oynayırdıq. Biz öz oyunumuzu göstərə bildik. Rəqibə heç nədə uduzmadıq. Onların da qol epizodları oldu, bizim də. Sadəcə, onlar həmin epizodlardan birini qola çevirdikləri halda, biz bunu bacarmadıq”.
 
Mitreski Flavinyonun üçüncü dəqiqədə ələ düşən gözəl fürsətdən yararlanacağı halda hər şeyin fərqli bitəcəyini bildirir: “Belə oyunlarda ələ düşən hər şansdan yararlanmağa borclusan”.
 
Moskva “Spartak”ının keçmiş müdafiəçisi daha sonra bunları söyləyib: “Bəxt amili də bizim tərəfimizdə deyildi. Hesab edirəm ki, bizdə sadəcə bu çatışmırdı. Düzdü, biz çoxlu qol vəziyyəti yarada bilmədik. Amma arxada da oturmurduq. Futbol oynamağa çalışırdıq. Rəqibin yaxşı müdafiə olunduğunu da qeyd etmək lazımdı. Axı çox güclü komandaya qarşı oynayırdıq”.
 
Mitreski qarşıdakı hədəflərindən də danışıb: “Bizim nail olacağımız bəzi hədəflər hələ də qalmaqdadı. Qrup mərhələsində cəmi bir qol vurmuşuq, 1 xal qazanmışıq. İnd qalır ilk qələbəmizi rəsmiləşdirməyimiz. Bunu da “Partizan”la oyunda həyata keçirməyə çalışacağıq. Fikrimcə, sərgilədiyimiz oyun bunu gerçəkləşdirməyə imkan verir”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.