10 noyabr 2012 13:33
Yığmamızı Şimali İrlandiya ilə oyunda 300 azarkeş dəstəkləyəcək
Futbol üzrə Azərbaycan yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə səfər oyununda dəstəksiz qalmayacaq. Azerisport.az xəbər verir ki, komandamızı 300-ə yaxın həmyerlimizin də canlı izləməsi gözlənilir.
Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan oyunu noyabrın 14-də Belfastda keçiriləcək.
