10 noyabr 2012 13:52
Xəzər Lənkəranın sabiq üzvü İspaniya klubunda
“Xəzər Lənkəran”ın sabiq yarımmüdafiəçisi Mario Rosas özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, ispaniyalı futbolçu yerli “Hercules”lə anlaşıb.
İspaniya mətbuatının məlumatına görə o, bu kluba azad agent kimi keçəcək. Rosas “Xəzər Lənkəran”dan sonra “Huesca”da çıxış etsə də, bu klubdan ayrılandan bəri işsiz qalmışdı.
Xatırladaq ki, Mario Rosas “Xəzər Lənkəran”da yarım mövsüm top qovmuşdu.
