10 noyabr 2012 14:57
“Qəbələ ilə oyuna səylə hazırlaşırıq”
“Kəpəz”in kapitanı Azər Məmmədov Topaz Premyer Liqasının 13-cü turunun “Qəbələ” ilə oyununa hazırlıqdan danışıb. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçu bunları dilə gətirib:
“Bildiyiniz kimi milli komandamızın oyunu ilə çempionatda uzun fasilə yaranıb. Buna görə bizi 3 gün evə buraxmışdılar. Artıq məşqlərə başlamışıq. İlk məşqimiz yüngül keçdi. Həm qaçdıq, həm də topla məşq etdik. “Qəbələ” ilə oyuna səylə hazırlaşırıq”.