10 noyabr 2012 15:38
“Bunun bəhrəsini oyunda görə biləcəyik”
“Kəpəz” 4 gündür ki, məşqləri davam etdirir. Azerisport.az xəbər verir ki, komanda şəhər stadionunun əsas meydançasında hazırlıq keçir.
Futbolçular əzmlə qarşıdakı turda qarşılaşacaqları “Qəbələ” ilə oyuna hazırlaşırlar. Bunu Bəxtiyar Soltanovun verdiyi açıqlamadan da hiss etmək olar:
“İlk məşq günündə hazırlığımız əsasən bərpaedici oldu. Son 2 gün ərzində məşqlərimiz ağırlaşıb. Hamımız səylə məşq edib, çalışırıq. İnşallah, bunun bəhrəsini oyunda görə biləcəyik. Hər şey öz qaydasında gedir”.
