10 noyabr 2012 22:30
Foqts daha 2 futbolçunu Belfasta aparmadı
Xəbər verdiyimiz kimi, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində noyabrın 14-də Şimali İrlandiya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası bu gün qarşılaşmanın keçiriləcəyi Belfast şəhərinə yollanıb. Azerisport.az xəbər verir ki, millimiz artıq Belfastdadı.
Qeyd edək ki, komandamız səfər öncəsi daha iki itki ilə üzləşib. Belə ki, Aqil Nəbiyev (AZAL) və Murad Ağayev (“Sumqayıt”) səhhəti ilə əlaqədar Şimali İrlandiyaya getməyib.
