10 noyabr 2012 11:36
MY-nin müdafiəçisi Azərbaycan ilə oyunu buraxa bilər
Futbol üzrə Şimali İrlandiya yığmasının və İngiltərənin “Manchester United” klubunun müdafiəçisi Conni Evans DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycanla oyunu buraxa bilər. Azerisport.az xəbər verir ki, xeyli müddətdi zədəli olan futbolçu hələ də müalicə olunur və millimizlə görüşə qədər tam bərpa olunması sual altındadı.
İngiltərə klubunun Evansı yığmaya buraxıb-buraxmamaqla bağlı son qərarını bu gün verməsi gözlənilir.
Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan matçı noyabrın14-də Belfastda keçiriləcək.
