10 noyabr 2012 00:16
Vaqif Sadıqov: Bu, Rubinin Neftçidən necə ehtiyatlandığının göstəricisi idi
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Azərbaycan çempionu “Neftçi”nin Rusiya “Rubin”i Avroliqadakı oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, komandamızın 0:1 hesablı məğlubiyyəti barədə bunları dilə gətirib:
“Mən hələ oyundan öncə də erkən qol buraxmamağın vacibliyini bildirmişdim. Amma təəsssüf ki, məhz qorxduğumuz baş verdi. Fikrimcə, Kazandakı və Bakıdakı oyunlar bir-birindən çox fərqli keçdi. “Neftçi” bütün potensialından istifadə etdi. Komanda layiqli mübarizə apardı. Sadəcə, “Rubin”in daha təcrübəli olması sözünü dedi. Baxmayaraq ki, komandamız heç-heçəyə layiq idi. Çünki “Neftçi” hücumda fəal və aqressiv idi. Bir tərəfdən nəticəni ədalətli də saymaq olar. İkinci hissədə “Rubin” artıq nəticəyə oynamağa başladı. Bu, rəqibin “Neftçi”dən necə ehtiyatlandığının göstəricisi idi. Özü də bu komandanı yaxşı tanıdığım üçün onu deyə bilərəm ki, kazanlılar bacarıqlarından aşağı səviyyədə çıxış etdilər”.
