10 noyabr 2012 00:23
Berdıyev Bakıda Ruslan Abışov ilə görüş keçirib
Rusiyanın “Rubin” klubunun baş məşqçisi Kurban Berdıyev Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi” ilə qarşılaşmaq üçün gəldikləri Bakıda səfəri zamanı “Xəzər Lənkəran”ın və yığmamızın müdafiəçisi Ruslan Abışovla da görüşüb. Azerisprot.az xəbər verir ki, görüş zamanı Kazan təmsilçisinin çalışdırıcısı millimizin üzvünün karyerası ilə maraqlanıb.
Maraq üçün xatırladaq ki, Berdıyev Abışovun xidmətində maraqlıdı və onu komandasında görmək istəyir. Amma Ruslanın “Rubin”ə keçidinin nə dərəcədə real olduğu hələlik dəqiq bilinmir.
