10 noyabr 2012 12:17

“Bizi Orxan Əliyevin 16 yaşda Azərbaycan çempionatında ikinci mövsümünü keçirməsi cəlb etdi”

Portuqaliyanın “Porto” klubunun skautlar departamentinin direktoru Joao Luiş Afonso futbol üzrə 17 yaşlılardan ibarət Azərbaycan yığmasının və “Sumqayıt”ın hücumçusu Orxan Əliyevi baxışa çağırmaları ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları dilə gətirib:
 
- Onu bizə bir agent firması məsləhət gördü. Həmin firma ilə yaxından əməkdaşlıq edirik. Çünki daim bizə yaxşı futbolçular təklif edirlər. Ona görə də Orxan Əliyevi təklif edəndə, heç bir şübhəmiz yox idi.

- Özünüz Orxanın oyununu görmüsüz?
- Əlbəttə. Bizi əsas cəlb edən məqam o oldu ki, bu futbolçu 17 yaşı tamam olmadığı halda Azərbaycan Premyer Liqasında ikinci mövsümünü keçirir. Düzünü deyim ki, bununla hər yerdə rastlaşmaq olmur. Biz “Sumqayıt”ın “Neftçi” ilə oyununa baxdıq. Hansı ki, həmin görüşdə Əliyev də çıxış edirdi.
 
- Niyə məhz “Neftçi” ilə oyun?
- “Neftçi” Avropa Liqasının iştirakçısıdı. Buna görə də biz məhz bu komandanın iştirakı ilə baş tutan görüşü izləməyə üstünlük verdik. Oyundan sonra isə Orxanı baxışa dəvət etdik.
 
- Əliyevin “Porto”da əsas heyətə düşmək şansları nə qədər yüksəkdi?
- Klubumuz heç kimi boşuna heyətinə qatmır. Biz Əliyevlə bağlı qərarı qəbul edərkən demək olar ki, hər bir məqamı nəzərə almışıq. Məsələn, Orxanın top qovduğu ölkə çempionatının iştirakçısı Avropa Liqasında mübarizə aparır, Azərbaycan yığması Portuqaliyaya qarşı heç də pis oyun sərgiləmədi. Bütün bunlar ölkənizdə futbolun səviyyəsinin heç də aşağı olmamasından xəbər verir.
 
- Əliyev baxışda necə təsir bağışlayır?
- Birinci həftə əsasən uyğunlaşma prosesinə həsr olunur. Hələ onu çox yükləməməyə çalışırıq. Birinci gündən etibarən isə onun işi ilə bağlı raport tələb edəcəyik. Sonda bu futbolçunu saxlayıb-saxlamamaqla bağlı qərar verəcəyik.

- Bəs ilkin təəssüratlar necədi?
- Bu, artıq məşqçilər korpusuna ünvanlanmalı sualdı. Biz sadəcə oyunçu axtarmaqla məşğul oluruq. Həmin futbolçuların komandamıza uyğun olub-olmadığına isə məşqçilər korpusu qərar verirlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.