10 noyabr 2012 12:28
Xəzər Lənkəranın yeni baş məşqçisi əcnəbi olacaq
“Xəzər Lənkəran” yeni baş məşqçi axtarışlarını başa vurmaq üzrədi. Azerisport.az xəbər verir ki, cənub klubunun rəhbərliyi yaxın günlərdə yeni çalışdırıcısını ictimaiyyətə təqdim etməyə hazırlaşır.
Yeni baş məşqçi ilə il yarımlıq müqavilə bağlanılması gözlənilir. “Ağ-yaşıllar”ın yeni çalışdırıcısı əcnəbi mütəxəssis olacaq.
Maraq üçün bildirək ki, “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın birinci dövrəsi başa çatan kimi istefa vermişdi.
