10 noyabr 2012 12:54
İnvernessin üzvü Azərbaycan ilə oyuna çağırıldı
Futbol üzrə Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O`Nil komandasına yeni futbolçu dəvət edib. Azerisport.az xəbər verir ki, o, Şotlandiyanın “İnverness” klubunda top qovan Billi Makkeyə dəvət göndərib.
Qeyd edək ki, o, zədə alan Ceymi Uordu əvəzləyib. Hansı ki, Uord artıq yığmanın heyətindən çıxarılıb. Ceymi kimi, Billi də hücumçudu.
Şimali İrlandiya yığması noyabrın 14-də Azərbaycan millisini qəbul edəcək.
