11 noyabr 2012 13:14
Şimali İrlandiya millisində MY-nin futbolçusunu Liverpoollu əvəzlədi
Futbol üzrə Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O`Nil DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycanla oyun öncəsi heyətdə dəyişikliklərə əl atıb. Azerisport.az xəbər verir ki, o, öncədən açıqladığı siyahıda yer alan futbolçuların üçündən imtina edib.
Bunlar Conni Evans (Manchester United, İngiltərə), Endryu Littl (Rangers, Şotlandiya) və Aleks Bryusdu (Hull City, İngiltərə). Onlar zədə səbəbindən yığmamızla görüşdə iştirak etməkdən məhrum olublar.
O`Nil artıq onlara əvəzləyici də tapıb. Belə ki, həmin futbolçuların əvəzində yığmaya Daniel Lafferti (Burnley, İngiltərə) və Rayan Maklaflina (Liverpool, İngiltərə) çağırılıb.
Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan matçı noyabrın 14-də Belfastda keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
