11 noyabr 2012 13:42
Anar Nəzirov: Yığmada debüt etməyə psixoloji cəhətdən hazıram
Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Anar Nəzirov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Bakıdakı hazırlıqlar necə keçdi?
- Dayanmadan çalışdıq. Gündə iki dəfə məşq keçirdik. Məşqçilər korpusu bizi ciddi hazırlaşdırır. Yalnız səfər öncəsi bir məşqlə kifayətləndik. Ardından isə bizi evə buraxdılar ki, doğmalarımızla sağollaşaq. Amma hazırlıqlarımız hələ bitməyib. Belfastda da bir neçə məşqimiz olacaq.

- Belfasta hansı ümidlərlə gəlmisiz?
- Şübhəsiz ki, müsbət. Yaxşı nəticəyə ümid edirik. Düzdü, heyətimizdə itkilər var. Amma buna baxmayaraq, seçmə mərhələdə ilk qələbəmizi qazanmaq istəyirik. Niyə də bunu elə bu il etməyək?
- Siz, buna həqiqətən inanırsız?
- Biz burdan 1 xalla qayıda bilsək, heç-heçə də pis nəticə sayılmayacaq. Odu ki, Şimali İrlandiya ilə oyuna minimum 1 xal qazanmaq üçün çıxacağıq.

- Kamran Ağayevin yoxluğunda bu oyunda qapıda məhz sizin duracağınız gözlənilir...
- Buna mən qərar vermirəm. Əgər məşqçilər korpusu belə bir qərar qəbul etsələr, oynayacağam. Əlbəttə, çox istərdim ki, start heyətdə meydana çıxım, komandamıza kömək edim. Amma qapıda hansımızın durmasından asılı olmayaraq, hər şeyin yaxşı olacağına əminəm.
- Sizə ona görə üstünlük verirlər ki, “Qəbələ” son dövrlərdə inamlı çıxışı ilə fərqlənir...
- Bu, az əhəmiyyət daşımır. Amma yenə də qeyd etmək istəyirəm ki, Andrey Popoviçlə Səlahət Ağayev də oynamağa layiq qapıçılardı.
- Çərçivə sizə tapşırılsa, buna psixoloji cəhətdən hazırsız? Axı siz indiyə qədər Azərbaycan millisində oyun keçirməmisiz...
- Bu baxımdan problemim yoxdu. Son dövrlər “Qəbələ” ilə qazandığımız uğurlar mənə xeyli əminlik qazandırıb. Yığmada oynamaq mənim çoxdankı arzum idi.
- Bu oyunda uğurlu çıxış edə bilsəz, Kamran Ağayevə əsas rəqib ola bilərsiz...
- Bizim qapıçıların problemi qeyri-sabitliklə bağlıdı. Avropada çıxış edən ən yaxşı qapıçılara fikir versəz, onların həm klublarında, həm də yığmalarında 10-15 il sabit çıxış etdiklərinin şahidi olarsız. Mənə də öz üzərimdə çox işləmək lazımdı. Çünki hər turda mənə bəslənilən ümidləri doğrultmaq istəyirəm.