11 noyabr 2012 22:55
Rail Məlikov Özkarasız Erciyesspora uduzdu (YENİLƏNİB)
Bu gün futbol üzrə Türkiyənin PTT Birinci Liqasında 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu tur Azərbaycan yığmasının iki üzvünün komandasını üz-üzə gətirib.
Belə ki, heyətində Cihan Özkaranın yer aldığı “Erciyesspor” Rail Məlikovlu “Denizlispor”la qarşılaşıb. Görüşün evdə keçirilməsi Kayseri təmsilçisinin şanslarını artıran məqamlardan idi. Gözlənildiyi kimi, görüş meydan sahiblərinin qələbəsiylə başa çatıb.
Qeyd edək ki, bu görüşdə “Azərbaycan derbisi”nin baş tutması gözlənilsə də, bu, alınmayıb. Çünki Özkara hazırda yığmamızın düşərgəsindədi. Rail isə əvvəlki oyunlarda olduğu kimi, yenə start heyətdə meydana çıxıb. O, 90 dəqiqə mübarizə aparıb.
“Erciyesspor” hazırda 21 xalla birinci yerdə qərarlaşıb. “Denizlispor” isə 12 xalla 14-cüdü.
PTT Birinci Liqa
11-ci tur
11 noyabr
Erciyesspor - Denizlispor - 2:0
