11 noyabr 2012 14:25
Yığmamız bu gün Belfastda ilk məşqə çıxacaq
Futbol üzrə Azərbaycan yığması bu gün DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə oyun öncəsi Belfastda ilk məşqə çıxacaq. Azerisport.az xəbər verir ki, ötən gün ağır yolçuluq səbəbindən futbolçularına istirahət verən baş məşqçi Berti Foqts yenidən hazırlıqları bərpa edəcək.
Özü də komandamız gün ərzinə iki hazırlıq keçməyi planlaşdırır. Futbolçularımızın sabah da oxşar qayda ilə hazırlıq keçməsi gözlənilir.
Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan matçı noyabrın 14-də Belfastda keçiriləcək.
