11 noyabr 2012 15:09

Mahmud Qurbanov: Onlar haqlıdırlar

Ötən gün “Gələcəyə Körpü” fan-klubunun təşəbbüsü ilə “Kəpəz” Peşəkar Futbol Klubunun üzvləri və azarkeşlər arasında görüş baş tutub. Azerisport.az xəbər verir ki, görüşdə komandanın baş məşqçisi Mahmud Qurbanov, kapitan Azər Məmmədov, Xəyal Zeynalov, Emin İmaməliyev, Armando Feutçin və Yuri Fomenko iştirak edib. Fan-klublardan isə “Kəpəz” və “Xəmsə” azarkeşləri tədbirə qatılıb.
 
Açılış nitqi ilə çıxış edən “Gələcəyə Körpü” fan-klubunun rəhbəri Mikayıl Əlizadə qonaqları salamlayıb. Əlizadə çempionatda çətin günlər keçirən kluba azarkeşlərin bu məqamda dəstək verməsinin vacibliyini deyib. “Kəpəz” klubunun mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov azarkeşlərlə komanda arasında tez-tez baş tutan belə görüşlərin əhəmiyyətindən bəhs edib. Mahmud Qurbanov isə görüşü ərsəyə gətirənlərə və dəstəyə görə fan-klublara öz minnətdarlığını çatdırıb.
 
“Xəmsə” fanklubunun rəhbəri Adil Məmmədov və “Kəpəz”in prezidenti Elmar Əliyev baş məşqçiyə və komandaya inandıqlarını bildiriblər. Futbolçular adından çıxış edən Azər Məmmədov böhranlı günlərə son qoymaq üçün səylə çalışdıqlarını söyləyib.
 
Görüşdən sonra Mahmud Qurbanov təəssüratlarını bölüşüb: “Səmərəli tədbir oldu. Fan-klublar dəvət etdilər, biz də onlarla görüşə böyük məmnuniyyətlə gəldik. Sağ olsunlar, turnir cədvəlində sonuncu pillədə olsaq da, komandaya dəstək nümayiş etdirirlər. Futbolçulara ruh verirlər. Onlara bunun üçün minnətdarıq. Azarkeşlərin təklif və iradlarını dinlədik. Fanatlar haqlıdılar. Nəticə istəyirlər. İnanın ki, uğurla çıxış etməkdə özümüz daha çox maraqlıyıq. Baş məşqçi olaraq görüşdən razı qaldım. Görüşü təşkil edənlərə sağ ol deyirəm”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.