11 noyabr 2012 15:21
Kəpəzlə Simurq Mingəçevirdə üz-üzə gələcək
“Kəpəz” və “Simurq” yoxlama matçı keçirəcək. Azerisport.az xəbər verir ki, Gəncə və Zaqatala klubları sabah Mingəçevirdə üz-üzə gələcəklər.
Oyunun start fiti saat 15:00-da veriləcək. Görüş Yaşar Məmmədzadə adına stadionda baş tutacaq.
"Kəpəz" - “Simurq” oyununu gəncəli hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Rəşad Abbasov olacaq. Ona laysmanlar Qəzənfər Məmmədov və Səfər İsmayılov kömək edəcək.
