11 noyabr 2012 20:15
Əfran İsmayılov Qarabağ ilə yollarını ayırdı
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Əfran İsmayılov “Qarabağ”la yollarını ayırıb. Azerisport.az xəbər verir ki, buna onun başqa kluba keçmə istəməsi səbəb olub.
Belə ki, Əfran “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüş keçirib. O, görüşdə qış fasiləsində başqa kluba keçmək fikrində olduğunu açıqlayıb. Qurbanov isə onun bu istəyindən xəbərdar olunca komandanı məhz indi tərk etməsini tələb edib.
Qeyd edək ki, Qurban Qurbanov ötən mövsüm “Neftçi”yə keçən Rəşad Sadiqovu da sona qədər komandada saxlamamış və vaxtından öncə heyətdən kənarlaşdırmışdı.
İsmayılovun yeni klubuna gəlincə, bu, ya “Neftçi”, ya da “Bakı” olacaq. Onun daha çox “ağ-qaralar”a keçidi gündəmdə olsa da, “Bakı”nın daha sərfəli şərtlər irəli sürdüyü bildirilir.
