11 noyabr 2012 20:32
Əfran İsmayılov: Qarabağ razılıq verən kimi, danışıqlara başlayacağam
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Əfran İsmayılov “Qarabağ”dan ayrılmasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“İki gün əvvəl Qurban Qurbanovla görüşdüm və etiraf etdim ki, dekabrda klubdan ayrılmaq istəyirəm. Hesab edirəm ki, belə çətin vəziyyətdə “Qarabağ”da qalmaq haqqım yoxdu və mənə təcili əvəzləyici tapılmalıdı. Əminəm ki, Qurbanov mənim əvəzimə layiqli futbolu tapacaq. İstəməzdim ki, onlar məndən incisinlər. Bu, futboldu, burda hər şey olur. Hazırda heç kimlə danışıqlar aparmıram. Amma 2-3 təklif var. “Qarabağ” razılıq verən kimi, danışıqlara başlayacağam. Bir şey dəqiq deyə bilərəm ki, paytaxt klubuna keçəcəm”.