11 noyabr 2012 20:44
Qarabağ Bakıya məğlub oldu
“Qarabağ” Premyer Liqada yaranmış fasilədə “Bakı”yla yoxlama oyununda qarşılaşıb. Azerisport.az xəbər verir ki, 10 futbolçusunun imkanından məhrum olan “Qarabağ”bu heyətlə meydana çıxıb:
Fərhad Vəliyev, Eltun Yaqublu, Zaur Həşimov, Admir Teli, İlqar Qurbanov, Emin Mustafayev, Namiq Yusifov, Riçard Almeyda, Elnur Abdulov, Muarem Muarem, Mustafa Afroto.
İkinci yarıda isə Miro Varvodiç, Toğrul Bilallı, Təmkin Xəlilzadə, Osman Qurbanov, Kamil Hüseynov oyuna daxil olub.
Görüş “Bakı”nın 44-cü dəqiqə vurduğu qolla 1:0 başa çatıb. Yeganə qolun müəllifi Ramazan Abbasov olub.
