11 noyabr 2012 20:51
Cavid Hüseynovsuz Adana Demirspor məğlub oldu
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynovun çıxış etdiyi “Adana Demirspor” klubu bu gün Türkiyə PTT birinci liqasında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Adana təmsilçisi ölkə çempionatının 11-ci turu çərçivəsində “Bucaspor” ilə qarşılaşıb.
Qarşılaşma rəqib meydanında keçirilirdi. Bu üzdən də Adana təmsilçisi görüşdən ən azı bir xalla ayrılmağı hədəfləmişdi. Lakin həmyerlimizin komandası minimal hesablı məğlubiyyətlə üzləşib.
Cavid bu görüşün iştirakçısı olmayıb. Çünki Hüseynov hazırda milli komandamızla birgə Belfastdadı.
“Adana Demirspor” hazırda 17 xalla 18 komanda arasında 7-ci yerdədi.
Türkiyə PTT birinci liqası
11-ci tur
11 noyabr
Boluspor - Adana Demirspor - 1:0
