11 noyabr 2012 20:55
Ağsu və Lokomotiv qələbə qazandı
Futbol üzrə Azərbaycan Birinci Divizionunda 9-cu tura yekun vurulub. Azerisport.az xəbər verir ki, bazar günü keçirilmiş iki oyunda aşağıdakı nəticələr qeydə alınıb.
"Bakılı" "Ağsu" ilə ev oyununda məğlubiyyətlə üzləşib. "Lokomotiv" isə "Şəmkir"i darmadağınla yola salıb.
Qeyd edək ki, turun digər oyunları əvvəlki günlərdə keçirilmişdi.
Birinci Divizion
9-cu tur
11 noyabr
Bakılı – Ağsu – 2:3
Qollar: İzzətəli Süleymanov, 62, Ramil Həsənov, 78 - Ramil Nuriyev, 41, Nicat Tağıyev, 77, Kənan Seyfullayev, 80.
Lokomotiv - Şəmkir - 4:1
Qollar: Ülvi Quliyev, 32, Yasin Yaqubzadə, 42: 63, Elvin Əsgərli, 72 - Çingiz Qurbanov, 80-öz qapısına.
1
9
7
2
0
26-4
23
Bəxtiyar Fəzai (Qala) - 10 qol
Aqşin Həşimov (Neftçala) - 8 qol
Nicat Tağıyev (Ağsu) - 8 qol
Samir Abdulov (Neftçala) - 6 qol
Elvin Adışirinli (Şuşa) - 5 qol
