11 noyabr 2012 21:05
Celtanın sabiq baş məşqçisi Xəzər Lənkəranda?
“Xəzər Lənkəran” özünə hələ də yeni baş məşqçi tapmayıb. Azerisport.az xəbər verir ki, bu gün Lənkəran təmsilçisini ispaniyalı Eysebio Sakristan Menanın çalışdıracağı barədə məlumatlar yayıldı.
Amma “Xəzər Lənkəran” rəhbərliyi bu məlumatları təkzib edib. “Gəmiçilər” yeni baş məşqçi ilə danışıqların hələ də davam etdiyini bildirirlər.
Qeyd edək ki, Sakristan Mena vaxtilə “Barcelona”da çıxış edib. O, həmçinin İspaniya yığmasının da heyətində top qovub. Mena məşqçilik karyerasında “Celta”nı da çalışdırmağa imkan tapıb.
