11 noyabr 2012 11:47

Vaqif Cavadov: 2012-ci ili qələbə ilə başa vurmaq istəyirik

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov DÇ-2014-ün seçmə mərhələsinin Şimali İrlandiya ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- Qarşıdakı oyuna hazırlıqlar necə gedir?
- Artıq bir neçə gündü bu oyuna hazırlaşırıq. İtkilərə baxmayaraq, ciddi hazırlaşırıq. Bilirik ki, bizi çətin oyun gözləyir. Şimali İrlandiya yığmasının öz oyun üslubu var. Bunu yaxşı öyrənməyə çalışacağıq ki, hər şeyə hazır olaq. Fikrimcə, yaxşı nəticə ilə qayıtmağı bacaracağıq.
 
- Nəsə öyrənə bilmisiz?
- Əsas odu ki, onların necə oynadıqlarını bilirik. Start fitindən sonra meydanda nə edəcəyimizi bilirik. Baş məşqçi də bizə nəyi necə etmək lazım olduğunu izah edəcək.
 
- Komandamızda Rəşad Sadıqov, Kamran Ağayev, Mahir Şükürov kimi aparıcı futbolçular kənarda qalıb...
- Bunlar ciddi itkilərdi. Ümid edirəm ki, onların əvəzində meydana çıxacaq futbolçular əllərindən gələni edəcəklər ki, bu itkiləri hiss etdirməsinlər.
 
- Orta və hücum xəttinin də üzərinə bu oyunda böyük iş düşəcək. Çünki onlar həm müdafiəyə kömək etməlidilər, həm də irəlidəki fəal oyunla arxa xəttin çox təzyiq altında qalmamasına nail olmalıdılar...
- Təzyiqi bütün komanda hiss edir. Şübhəsiz ki, hücumda daha çox oynamağa çalışacağıq. Çünki müsbət nəticə qazanmaq üçün qol vurmalıyıq.
 
- Bu görüşdə nəyə ümid edirsiz?
- Hadisələri qabaqlamaq istəmirəm. Mübarizə aparacağıq. Əgər komanda 10 faiz gücünü meydanda qoya bilsə, uğurun bizim tərəfdə olacağına şübhə etmirəm. Hər şeyi oyunun nəticəsi göstərəcək.

- Beşinci yerdən yuxarı pillələrdə yer almaq üçün bu oyunda uduzmamaq lazımdı...
- Biz bu variantlara baxmırıq. Düzdü, qarşıda hələ çox oyun var. Onlardan çoxunu da evdə keçirəcəyik. Amma bu ili də yaxşı nəticə ilə başa vurmaq istəyirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.