11 noyabr 2012 00:35

Elhad Nəziri: Azərbaycan çempionatında oynamaq istərdim, amma səviyyə aşağıdı

Futbol üzrə Azərbaycan yığmasının və Moldovanın “Milsami” klubunun müdafiəçisi Elhad Nəziri DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı keçiriləcək oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Milsami”dəki işləriniz necə gedir?
- Hər şey yaxşıdı. “Milsami” qızıl meallar uğrunda mübarizəsini davam etdirir. Düzdü, liderdən çox geri qalırıq. Amma ümidimizi itirmirik. Ötən mövsüm ölkə kubokunu qazandıq. Bu mövsüm isə daha böyük uğurlar qazanmaq istəyirik. Minimum vəzifə isə yenidən kuboku qazanıb, Avropa Liqasına vəsiqəni təmin etməkdi.
 
- Yığmaya dəvət olunduğunuz üçün komandanızın son oyununu buraxmağınız sizi narahat etmir ki?
- Qətiyyən yox. Hətta baş məşqçimiz yığmaya qatılmağı məsləhət gördü. O, belə hesab edir ki, beynəlxalq səviyyəli oyunlarda iştirakım mənim gələcək karyerama daha çox təsir göstərir.
 
- Sizin kimi futbolçular adətən yerli klublardan daha yaxşı dəvətlər alıb, vətənə dönürlər...
- Mən də doğma vətənimdə oynamağı istərdim. Amma Azərbaycan çempionatının səviyyəsi o qədər də yüksək deyil. Mən və menecerim yerli klubların dəvətini qəbul etmək istəmirik.
 
- Artıq belə təkliflər var?
- Təklif olub. Amma hansı klub olduğunu deməyəcəm. Yenə də deyirəm ki, hələ Azərbaycanda oynamaq istəmirəm.
 
- Premyer Liqamızdan o qədər də fərqlənməyən Moldova çempionatında qalmaq istəyirsiz?
- Bir il sonra klubumla müqaviləmin müddəti başa çatır. Ondan sonra daha yüksək səviyyəli çempionata keçmək istəyirəm. Minimum 4-5 il daha ciddi çempionatlarda çıxış etmək istəyirəm.
 
- Şimali İrlandiya ilə oyundan nə gözləyirsiz?
- Əvvəlki oyunlarımızı qrupumuzun favoritlərinə qarşı keçirmişik. Portuqaliya və Rusiya kimi güclü komandalarla mübarizə aparmaq çox çətin idi. İndi əvvəlkilərdən bir qədər aşağı səviyyədə olan komandayla qarşılaşacağıq. Amma Şimali İrlandiya ilə görüş də asan keçməyəcək. Buna baxmayaraq, komandamızda yaxşı atmosfer var. Bütün komanda qənaətbəxş nəticəyə köklənib.
 
- Atletik cəhətdən güclü təsir bağışlayan britaniyalılara qarşı necə oynamalıyıq?
- Komandamız yaxşı hazırlıq prosesi keçirib. Fiziki planda heç bir problemimiz yoxdu. Biz yenə komanda oyunu sərgiləməyə çalışacağıq. Fikrimcə, bu, ən azı heç-heçəyə ümid etməyimizə əsas verir. Hansı ki, qazanılacaq bir xal gələcək mübarizədə də bizə çox kömək edə bilər.
 
- Amma meydan sahiblərinin qələbə şansı daha yüksək qiymətləndirilir...
- Heyətlə bağlı problemlərimizin olmasını, Şimali İrlandiyanın doğma meydanda çıxış etməsini nəzərə alsaq, bu, normaldı. Amma bu, bizim uduzmağa hazırlaşdığımız demək deyil. Biz futbol oynamağa hazırlaşırıq. Uduzmağı isə ağlımızdan da keçirmirik.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.