11 noyabr 2012 00:47
Berti Foqts Belfastda ilk günün məşqini təxirə saldı
Xəbər verdiyimiz kimi, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində noyabrın 14-də Şimali İrlandiya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası ötən gün qarşılaşmanın keçiriləcəyi Belfast şəhərinə yollanıb. Azerisport.az xəbər verir ki, komandamızın baş məşqçisi Berti Foqts ilk gündə yetirmələrinə istirahət verib.
Buna səbəb millimizin yolda təxminən yeddi saat vaxt keçirməsi səbəb olub. Belədə noyabrın 10-da keçirilməli olan məşq baş tutmayıb. Əvəzində Foqts komandadaxili iclas keçirməyə üstünlük verib.
Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan matçı noyabrın 14-də Belfast şəhərindəki “Vindzor Park” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
