12 noyabr 2012 13:19
Şimali İrlandiya – Azərbaycan matçı yağışlı havada keçiriləcək
Futbol üzrə Şimali İrlandiya və Azərbaycan yığmaları arasında DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində noyabrın 14-də keçiriləcək qarşılaşma yağış altında baş tuta bilər. Azerisport.az xəbər verir ki, sinoptiklər həmin gün qarşılaşmanın oynanılacağı Belfast şəhərində yağıntı proqnozlaşdırırlar.
Havanın temperaturu 10 dərəcə istilik təşkil edəcək.
Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan oyunu noyabrın 14-də Belfastdakı “Vindzor Park” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
