12 noyabr 2012 13:30
Xəzər Lənkəran ispaniyalı məşqçinin yolunu gözləyir
“Xəzər Lənkəran” baş məşqçi axtarışlarını hələ də davam etdirir. Azerisport.az xəbər verir ki, böyük ehtimalla komandanı ispaniyalı məşqçi çalışdıracaq.
Məsələ burasındadı ki, cənub təmsilçisinin məhz bu ölkədən olan mütəxəssislə danışıqlar apardığı iddia olunur. Lakin hələlik bu məşqçinin adı gizli saxlanılır. Onun yaxın günlərdə Bakıya gələcəyi və bütün detalları yerindəcə razılaşdıracağı bildirilir.
Qeyd edək ki, ötən gün “Xəzər Lənkəran”ı ispaniyalı Eysebio Sakristan Menanın çalışdıracağı barədə məlumatlar yayılmışdı. Amma “Xəzər Lənkəran” rəhbərliyi bu məlumatları təkzib edib. “Gəmiçilər” yeni baş məşqçinin adını həftəsonu açıqlayacaqlarını bəyan ediblər.
