12 noyabr 2012 14:01
Vüqar Nadirov: Belfastda da qol vurmaq istəyirəm
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Vüqar Nadirov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Komandamızın düşərgəsində atmosfer necədi?
- Biz Bakıda yaxşı hazırlıq prosesi keçirdik. Komandada kifayət qədər yaxşı atmosfer hökm sürür. Bu, belə mühüm oyunlar öncəsi vacib amildi. Əgər hissim məni aldatmırsa, heç-heçə edəcəyik (gülür).

- Yığmamızda ciddi itkilər var...
- Bəli, Rəşad Sadıqovun, Mahir Şükürovun, Kamran Ağayevin yoxluğu ciddi itkidi. Amma komandada onları əvəzləyəcək futbolçular da var. Yəni mən də olmasam, mövqeyimdə çıxış edəcək futbolçular mövcuddu. Ona görə də bəzi futbolçuların yoxluğu bizə yaxşı futbol sərgiləməyə mane olmamalıdı. Əgər yaxşı oynasaq, nəticə də gələcək.
- Rəqibin oyunlarına baxmısız?
- Hələlik komanda şəklində izləməmişik. Yəqin ki, tezliklə bu da olacaq. Onsuz da Britaniya futbolu hamıya yaxşı bəllidi. Onlar çətin ki, topla yaxşı davranmağı və ya “Barcelona” kimi pasla oynamağı bacarsınlar. Bu üzdən də biz öz oyunumuzu göstərməliyik. Əsas onlara sürətdə uduzmamaq lazımdı.

- Berti Foqts yenə müdafiədən oyuna üstünlük verəcək?
- Hələ necə oynayacağımıza dair tapşırıqlar almamışıq. Yaxşı olardı ki, hücum futboluna üstünlük verəcək. Biz buna nail ola bilərik.

- Son dövrlər həm yığmada, həm də klubunuzda daha çox sonradan meydana çıxırsız. Fiziki cəhətdən problemləriniz var?
- Yəqin ki, qalan dəqiqələrdə meydana çıxmaqla ümidləri daha yaxşı doğrulduram, ona görə də mənə ilk dəqiqələrdən istirahət verirlər (gülür). Amma ciddi olsaq, fiziki cəhətdən heç bir problemim yoxdu. 90 dəqiqə də oynaya bilərəm.

- Yığmamızın heyətində təsadüfi hallarda fərqlənirsiz. Şimali İrlandiya ilə oyunda belə planınız var?
- Yığmadakı qollarımın az qala hamısını elə səfərdə vurmuşam. Yalnız ötən tsikldə Avstriyaya vurduğum qol “Dalğa Arena”da olmuşdu. Qalan qollarımın hamısını səfərdə vurmuşam. Şübhəsiz ki, Belfastda da qol vurmaq istəyirəm.