12 noyabr 2012 14:24
Orxan Əliyev bu gün Portonun əsas heyətində məşqə çıxacaq
Futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının və “Sumqayıt”ın hücumçusu Portuqaliyanın “Porto” klubunda məşqlərini davam etdirir. Azerisport.az xəbər verir ki, indiyədək “Porto”nun B komandası ilə hazırlaşan millimizin üzvü bu gün sözügedən klubun əsas heyəti ilə məşqə çıxacaq.
Həmyerlimizin “Porto”dakı taleyinə yaxın günlərdə aydınlıq gəlməlidi. Hər şey Əliyevin özünü məşqlərdə necə göstərməsindən və yekun danışıqlardan asılıdı.
