12 noyabr 2012 14:43
Braziliyanın yeni çempionu bəlli oldu
Futbol üzrə Braziliya çempionatında yeni çempion məlum olub. Azerisport.az xəbər verir ki, mövsümə yaxşı başlayan “Fluminense” mövsümün sonuna 3 həftə qalmış çempionluğunu elan edib.
Səfərdə “Pameiras”ı 3:2 hesabı ilə məğlub edən komanda hesabındakı xalların sayını 76-ya çatdırıb. İkinci pillədə qərarlaşan “Gremio”nun aktivində 66 xal var. Turnir cədvəlinin 3-cü pilləsində isə 65 xalla “Atletico Mineiro” yerləşir.
Qeyd edək ki, bu, “Fluminense”nin tarixindəki 4-cü Braziliya çempionluğudu. Sözügedən klub 1970, 1984 və 2010-cu illərdə də belə uğura imza atmışdı.
