12 noyabr 2012 14:50
Qəbələ hazırlıqlarını dörd itki ilə davam etdirir
Premyer Liqanın 13-cü turu çərçivəsində noyabrın 19-da doğma divarlar arasında “Kəpəz”lə üz-üzə gələcək “Qəbələ” gündəlik iki məşqlə hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, noyabrın 8-də start verilən təlim-məşq prosesinə heç də bütün futbolçular qatılmayıb.
Belə ki, milli komandalara dəvət almış Aleksandr Çertoqanov, Anar Nəzirov (Hər ikisi Azərbaycan yığması), Ürfan Abbasov (Azərbaycan U-21 yığması) və Deyan Kelhar (Sloveniya yığması) hazırlıqlarda iştirak etmirlər.
