12 noyabr 2012 15:33
“Qarşıdakı bütün oyunlara 3 xal istəyi ilə çıxıb vəziyyəti düzəltməyə çalışacağıq”
“Kəpəz”in üzvü Armand Feutçin komandanın vəziyyəti ilə bağlı açıqlama verib. Azerisport.az xəbər verir ki, legioner futbolçu çempionatda çıxışlarının qanedici olmadığını düşünür:
“Hələ ki, komandanın mövqeyi ürəkaçan deyil. Amma məşqlərimizi böyük istəklə davam etdiririk. Qarşıdakı bütün oyunlara 3 xal istəyi ilə çıxıb vəziyyəti düzəltməyə çalışacağıq. İnanın ki, durumumuz ilk növbədə komandada olanları narahat edir”.

Armand bir müddət öncə zədələnib. Son 2 oyunda isə futbolçu iynələr hesabına meydana çıxıb. Fərdi halda məşqlər edən universal oyunçu hazırda komanda ilə birgə hazırlaşır: “Zədəm düzəlməyə doğru gedir. Həkimlər sağ olsunlar, yaxından kömək edirlər. Ciddi problem yoxdur. Artıq yaxşıyam”.