12 noyabr 2012 15:52
Super Liqada növbəti baş məşqçi istefası
Futbol üzrə Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib. Azerisport.az xəbər verir ki, “İstanbul BB” klubunun baş məşqçisi Karlos Karvalhal vəzifəsindən getdiyini bəyan edib.
O, bu addımı son turun “Karabükspor”la oyunundakı məğlubiyyətdən sonra atıb. Portuqaliyalı mütəxəssisin idarəçiliyində “İstanbul BB” geridə qalan 11 turda sadəcə 11 xal toplaya bilib və 14-cü sırada qərarlaşıb.
Qeyd edək ki, Portuqaliyalı mütəxəssis İstanbul klubuna mövsümün əvvəlində gəlmişdi. Karvalhal bundan öncə Türkiyədə “Beşiktaş”ın da sükanı arxasında çalışmışdı. Onu İstanbul klubunda kimin əvəzləyəcəyi hələlik dəqiq bilinmir.
