12 noyabr 2012 17:00
Simurqdan Kəpəz üzərində qələbə
Zaqatalanın “Simurq” klubu bu gün yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Georgi Çixradze yetirmələrini Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda Gəncənin “Kəpəz” klubu ilə qarşılaşmada sınaqdan keçirib.
Qarşılaşmada hesabı 14-cü dəqiqədə Nenad Stoyaniviç açıb. Amma bundan az sonra – 33-cü dəqiqədə Bujamin Asani “Kəpəz”in cavab qoluna imza atıb. Zaqatala klubu 50-ci dəqiqədə Murad Səttarlının sayəsində daha bir qol vurub. Görüş elə 2:1 hesabıyla “Simurq”un xeyrinə başa çatıb.
Yoxlama oyunu
12 noyabr
Simurq – Kəpəz – 2:1
