12 noyabr 2012 16:47
Norveçin yeni çempionu bəlli oldu
Futbol üzrə Norveç çempionatının yeni qalibi müəyyənləşib. Azerisport.az xəvər verir ki, ötən mövsüm olduğu kimi, bu mövsüm də “Molde” bütün rəqiblərindən güclü olub.
Komanda buna son turun “Hönefoss” ilə oyunundakı 1:0 hesablı qələbə sayəsində nail olub. Beləcə, “Molde” sona bir tur qalmış ən yaxın izləyicisi “Stromsgodset”dən 4 xal aralanmağı bacarıb. Beləcə, İngiltərənin “Manchester United” klubunun keçmiş əfsanəsi Gunner Sulşerin çalışdırdığı bu komanda yenə gənc mütəxəssisin rəhbərliyin altında qızıl medalları vaxtından öncə özü üçün təmin edib. Maraq üçün xatırladaq ki, ötən il də “Molde”ni məhz Sulşer çempion etmişdi.
Son turun “Fredrikstad” ilə oyununun nəticəsi artıq “Molde” üçün heç bir önəm kəsb etmir. Bu, bütövlükdə “Molde”nin ikinci Norveç çempionluğudu.
