12 noyabr 2012 17:29

“İstədiyimiz oyunu sərgiləyə bilsək, Şimali İrlandiyaya asan olmayacaq”

Futbol üzrə Azərbaycan yığmasının və “İnter”in müdafiəçisi Vladimir Levin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- Komandamız Belfasta hansı vəziyyətdə gəlib?
- Sonuncu dəfə komandanın səfərə belə ciddi itkilərlə yollandığını xatırlamıram. Rəşad Sadıqovun, Mahir Şükürovun, Kamran Ağayevin yoxluğu komanda üçün problemdi. Amma bu, o demək deyil ki, komanda pis vəziyyətdədi. Bakıda keçirdiyimiz təlim-məşq toplanışı da çox yaxşı keçdi. Berti Foqtsun da bizdən razı olduğu görünür. Özümüzü pis hiss etmirik.
 
- Yəqin ki, müdafiə xəttində sizə çətin olacaq...
- Hələ oynayacağımı bilmirəm. Çünki heyəti heç kim açıqlamayıb. Şübhəsiz ki, indiyə qədər həm yaxşı, həm də pis oyunlarım olub. Bu, həm təcrübəli, həm də gənc oyunçularla tandem təşkil etdiyim görüşlərə aiddi. İndi yenə gənclərlə oynamaq məcburiyyətində qalacağam. Amma fikrimcə, bir-birimizi yaxşı başa düşə biləcəyik.
 
- Elə isə nə etməyə hazırlaşırsız?
- Oynamağa. İşimiz ola bilsin ki, daha çox olsun. Məsuliyyət hissi də artıqdı. Mən bütün bunlara hazıram. Eyni zamanda məşqçilər korpusu də millidə olmayan futbolçuların yoxluğunu hiss etdirməməyə çalışırlar. Fikrimcə, onlara layiqli əvəzləyici tapılacaq.
 
- Bu oyunçuların yoxluğunda ən azı qapımızı toxunulmaz saxlaya bilərik?
- Mümkündü ki, qol buraxmayaq. Amma eyni zamanda tərsi də ola bilər. Hər şeyə hazır olmaq lazımdı.

- Bəs onda azarkeşlər nəyə ümid edə bilərlər?
- Onları bilmirəm, amma komanda ancaq qələbəyə köklənib. Baxmayaraq ki, rəqib güclüdü. Bunu rəqib futbolçuların çıxış etdikləri klubların adları da göstərir. Bizi ilk növbədə fiziki mübarizə gözləyir. Əgər bu baxımdan dözümlü ola bilsək, onda yaxşı nəticəyə ümid etmək olar. Eyni zamanda komanda oyununa bel bağlayırıq. Əgər biz istədiyimiz oyunu sərgiləyə bilsək, Şimali İrlandiyaya asan olmayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.