12 noyabr 2012 20:20
AZAL İnterə böyük hesabla uduzdu
"İnter" bu gün yoldaşlıq matçı keçirib. Azerisport.az xəbər verir ki, “bankirlər” AZAL ilə qarşılaşıb.
"Şəfa" stadionunda baş tutan oyun 5:2 hesabıyla "İnter"in xeyrinə başa çatıv. “Bankirlər”in qollarını dubla imza atan Baçana Tsxadadze (2) və Nizami Hacıyev (2), eləcə də Tales Şüts vurub. AZAL-ın qollarına isə Aylton və Andryus Veliçka imza atıb.
