12 noyabr 2012 11:28
Neftçi ilə matç öncəsi ikitərəfli oyun
Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində noyabrın 17-də səfərdə “Neftçi” ilə qarşılaşacaq “Sumqayıt” hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, ötən gün Bayıl stadionunda məşqə çıxan komanda əvəzedicilərlə birləşərək iki tərəfli oyun keçirib.
Zədəsini sağaltmış Ruslan Qurbanov artıq komanda ilə birlikdə məşqlərə başlayıb.
Milli komandanın heyətində yer alan Səlahət Ağayev və Uğur Pamuk və “Portu”nun düşərgəsində baxışda olan Orxan Əliyev isə hazırlıq prosesində iştirak etməyib. Bu gün istirahət edəcək “Sumqayıt” noyabrın 13-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşqə çıxacaq.
