12 noyabr 2012 11:51
“Azərbaycanla oyunda bir qədər fərqli futbol sərgiləyəcəyik”
Futbol üzrə Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O`Nil DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi komandasının durumunu dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, öncə bunları dilə gətirib:
“Daimi oyun təcrübəsi yığmanın üzvü olmaq üçün əsas məqamdı. Futbolçularımız beynəlxalq arenada özlərini nə qədər yaxşı tərəfdən göstərə bilirlərsə, milliyə düşmək şansları da bir o qədər çox olur. Məsələn, Niall Makqinn daimi oyun təcrübəsi olan və sabit oyunu ilə seçilən futbolçu kimi əsl nümunə sayıla bilər. Baş məşqçisi ona güvəndiyi kimi, Niall da bunun qarşılığını möhtəşəm çıxışı ilə verir. Son turda da o, möhtəşəm idi”.

Qeyd edək ki, Makqin “Aberdin” klubunun vingeridi və son dövrlər bir qayda olaraq vurduğu qollarla özündən söz etdirir. O, Portuqaliya ilə sensasiyalı qarşılaşmada da (1:1) irlandların yeganə qoluna imza atmışdı.
O`Nil eyni zamanda komandasındakı itkilərdən də danışıb. Məsələn, İngiltərənin “Manchester United” klubunun müdafiəçisi Conni Evans millimizlə görüşü buraxmalı olacaq: “Zədəlilərimizin olması təəssüfləndirməyə bilməz. Amma sıraya dönənlər də var. Biz qarşıdakı oyunda qələbə qazanmaq istəyirik. Ona görə də aparıcı oyunçularımızın sırada olması bizim üçün çox vacibdi. Məsələn, Qaret Makoli, Şeyn Ferqyuson və Kris Brant komandaya dönüb. Ümid edirəm ki, bu dəfə əlimin altında ən güclü seçim imkanı olacaq. Məsələ burasındadı ki, biz Portodakından bir qədər fərqli futbol sərgiləməyə hazırlaşırıq”.
Şimali İrlandiya yığmasının çalışdırıcısı Azərbaycanla görüşdə hücum futboluna üstünlük verəcəklərini bəyan edib: “Meydana daha çox hücumameylli futbolçular çıxaracağam. Biz Azərbaycanla oyunda öz futbolumuzu diqtə etdirmək istəyirik. Çoxlu qol vəziyyəti yaratmaq, qələbə qazanmaq istəyirik”.
O`Nil Azərbaycan millisindən də danışıb: “Azərbaycan Moskvada çox səylə çalışdı. Rusiya yığması bu komandanı çox çətinliklə məğlub etdi. Özü də bu ölkə hazırda futbolu ən sürətlə inkişaf edənlərdəndi. Şübhəsiz ki, onlar bizimlə də oyuna yaxşı hazırlaşacaqlar. Çünki hazırlıqlara xeyli öncədən başlayıblar. Çox çətin oyun olacaq. Amma əlimizdən gələni edəcəyik ki, üç xal qazanaq”.